Xəbərlər 16.07.2024 18:07 3223

Elşad Məmmədov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial Müdafiə Sistemindəki uğurundan danışıb - FOTOLAR

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müsbət emosiyalarla dolu tədbirimiz oldu. Tədbir çərçivəsində Mərkəzdə könüllülük proqramını müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olundu".

QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin uğurlu fəaliyyəti bir daha onu deməyə imkan verir ki, əhalinin xüsusi həssas kateqoriyalarının sosial müdafiəsi prosesi sistemli və əhatəli olmalı, eyni zamanda bu proses ilk növbədə insanların yaradıcı və intellektual potensiallarının ifadə edilməsinə müvafiq şəraitin formalaşdırılmasına əsaslanmalıdır: "Dəvətə və səmimi qəbula görə Mərkəzin rəhbəri Nigar Məmmədovaya və qurumun bütün kollektivinə dərin təşəkkürümü bildirirəm". 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı