Xəbərlər 19.07.2024 08:39 3724

BMTİP nümayəndə heyəti Naxçıvana səfər edib - FOTOLAR

BMT-nin İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir. BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun başçılıq etdiyi heyət bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Bölgənin dayanıqlı inkişaf perspektivləri ilə bağlı geniş müzakirələrin aparıldığı görüşdə iqlim dəyişikliyi, ətraf mühitin qorunması, bölgənin yaşıl enerji potensialı və digər məsələlər müzakirə edilib.

QHT.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov ilə görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. BMT-nin İnkişaf Proqramının texniki dəstəyi ilə bölgənin sosial-iqtisadi inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti qeyd edilib.

Daha bir səmərəli görüş Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Günay Rzayeva ilə baş tutub. Qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüləcək işlər müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı