Xəbərlər 06.08.2024 13:59 1587

Bu il məişət zorakılığından zərər çəkmiş 52 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 52 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 30 nəfəri uşaqlardır.

 

Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində fərdi iş planı üzrə həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb. 

 

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Şöbəyə qəbul edilən şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.  

 

Hazırda qeyd edilən şöbədə 6-sı uşaq olmaqla 10 şəxsə xidmətlər göstərilir. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı