23 avqust - Prezidentin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramıdır
Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - 23 avqust bu sahədə çalışanların peşə bayramı kimi qeyd olunur.
QHT.az xəbər verir ki, xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dayanır. 1919-cu ildə parlamentin iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında qanun qəbul edilib. Heydər Əliyev 1993-cü ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.
2020-ci ildə İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğvi və üç yeni dövlət orqanının - Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yaradılması barədə Fərman imzalayıb.
Peşə bayramınız mübarək!