Dünyanın ən qədim konyakının adı açıqlanıb
Hollandiyadan olan kolleksiyaçıya məxsus konyak şüşəsi rəsmən dünyanın ən qədimi adlandırılıb - onun 328 yaşı var.
QHT.az xəbər verir ki, Hollandiyanın Nijmegen şəhər sakini Lars Yansenin kolleksiyasında saxlanılan 1696-cı il Jules Robin konyakı Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən qədim konyakı seçilib.
Əvvəllər hesab olunurdu ki, ən qədim konyak şüşəsi 1762-ci ildən bəri Gautier konyakıdır. 2020-ci ildə Sotheby's-də 146.000 dollara satılan məlum olan üç şüşə spirtdən biri o, hərracda satılan ən qədim konyak olub.
Pərvanə Fərhadqızı