3 016 vətəndaş müraciəti cavablandırılıb
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin avqust ayı ərzində 3 016 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 1 514-ü ünvanlı dövlət sosial yardımı, 531-i pensiya təyinatı, 677-si sosial müavinət və təqaüd, 10-u sosial sığorta və fərdi uçot, 284-ü isə digər istiqamətlər üzrə olub.