"İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin açılması və işlə təmin olunma aktiv məşğulluq siyasətinin əsas hədəflərindəndir" – Elşad Məmmədov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, professor Elşad Məmmədovun QHT.az-a verdiyi açıqlamaya əsasən, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq tədbirləri geniş şəkildə həyata keçirilir. Məmmədov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin açılması və insanların işlə təmin olunması aktiv məşğulluq siyasətinin əsas hədəflərindəndir:
"Son illərdə işsizliklə və işsizliyin fəsadları ilə mübarizə çərçivəsində təqdirəlayiq yanaşma aktiv məşğulluğa üstünlük verilməsi, prioritet kimi qəbul edilməsidir. Müavinətlərin və sosial ödənişlərin həyata keçirilməsi, əmək qabiliyyətlərini itirmiş əhali kateqoriyalarına prioritet verilməsi məqsədini güdür. Əmək qabiliyyəti olan insanlara aktiv məşğulluq proqramları tətbiq edilir, çünki əmək qabiliyyəti olan şəxslərin əmək bazarında olması onların sosial rifahını və iqtisadi imkanlarını artırmağa şərait yaradır".
Pərvanə Fərhadqızı
QHT.az