UNEC tələbələri Yay Məktəbində uğur qazandı
UNEC THİK fəalları Xaçmazın Nabran qəsəbəsindəki “Təhsil” İstirahət Mərkəzində keçirilən “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbində iştirak ediblər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi tədbirdə UNEC ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri, həmkarlar ittifaqları komitələrinin sədrləri və media nümayəndələri də iştirak edib.
QHT.az xəbər verir ki, konfransda ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev yay məktəbinin “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edildiyini bildirib. Tələbələr mövzu ilə bağlı maraqlı çıxışlar edib, müxtəlif təkliflər səsləndirib. Yay məktəbi çərçivəsində idman yarışları, intellektual oyunlar və ağacəkmə aksiyaları təşkil olunub. UNEC komandası “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında qalib gəlib.
Tələbələri təbrik edir, onlara uğurlar arzulayırıq!