Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib
Mediasiya təşkilatları gov.az domenli rəsmi elektron poçt ünvanları ilə təmin edilib. Bu barədə Mediasiya Şurası məlumat verib.
QHT.az xəbər verir ki, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dəstəyi ilə bütün mediasiya təşkilatları vahid domen üzərindən rəsmi müraciətlər üçün elektron poçt ünvanları alıb.