Xəbərlər 12.09.2024 20:27 1506

QHT sədri: Tullantıların idarə edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var

Tullantıların idarə edilməsi məsələsində qanunvericilikdə yeni müddəalara ehtiyac duyulur.

 

QHT.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.

 

O qeyd edib ki, bu məsələdə ilk olaraq tullantıların azaldılması və yenidən emalının təşkili üçün daha səmərəli mexanizmlər yaradılmalıdır. Onlara vergi güzəşti və digər güzəştlər tətbiq edilə bilər.

 

“İkincisi, plastik tullantılara aid məhdudiyyətlərin qoyulması qanunla tənzimlənməlidir. Bir sıra məhdudiyyətlər qoyulsa da, onların təcrübədə tətbiqində çatışmazlıqlar var. Elektron tullantıların idarə edilməsi isə ən vacib istiqamətdir. Buna da diqqəti artırmaq lazımdır”, - deyə Əliməmməd Nuriyev qeyd edib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı