Xəbərlər 13.09.2024 12:35 1733

"ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi" çərçivəsində tibbi təlim və müayinə keçirilib - FOTOLAR

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkil etdiyi "ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi"nin növbəti qonaqları Tibbi Reabilitasiya Mərkəzinin direktoru Dr. Rüfət Cabbarlı və baş həkimi Dr. Gülay Qurbanzadə olub.

QHT.az xəbər verir ki, düşərgə iştirakçıları üçün qanın laxtalanma pozğunluğunun oynaq daxili fəsadlarının aradan qaldırılmasında fizioderapiyanın rolu ilə bağlı təlim keçirilib. Dr. Gülay Qurbanzadə və Dr. Rüfət Cabbarlı uşaqların sağlamlığına dair bilik və təcrübələrini bölüşüblər. Təlimdən sonra pasiyentlərin tibbi müayinəsi təşkil olunub.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin əsas məqsədi, bilikləri paylaşaraq uşaqların sağlam böyüməsinə töhfə verməkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı