Yeni tədris ilinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə görüş keçirilib - FOTOLAR
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2024/2025-ci tədris ilinin payız semestrində tədrisə cəlb olunan müəllimlərlə Akademiya rəhbərliyinin görüşü keçirilib. Yeni semestrdə tədris prosesinin əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tədrisə cəlb olunan professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesinin müxtəlif istiqamətləri barəsində ətraflı bəhs edib. Q. Novruzov cari tədris ilində Akademiyanın pedaqoji heyətinin qarşıda duran bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edərək yeni tədris ilində onların hər birinə uğurlar arzu edib.
Daha sonra Akademiyanın müvafiq struktur bölmələrinin əməkdaşları çıxış edərək tədris prosesinin təşkili, keçirilən dərslərin effektivliyinin artırılması, tələbələrin biliyinin qiymətləndirilməsi və digər məsələlər barəsində ətraflı məlumat veriblər.
Görüşün sonunda müzakirə edilən məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların sualları cavablandırılıb.