QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
2024-cü il sentyabrın 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
QHT.az xəbər verir ki, iclasda Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələri mövzuları, “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin nəticələri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.