"2025-ci ildə sosial xərclər 14 faiz artırılacaq" - Millət vəkili
Millət vəkili Vüqar Bayramovun açıqlamasına görə, 2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər 14 faiz artırılacaq.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 998 milyon manat təşkil edəcək, bu isə 2024-cü illə müqayisədə 607 milyon manat çoxdur. O, qeyd edib ki, bu artım əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və sosial təminat sisteminin daha da təkmilləşdirilməsinə yönəldilib.