Xəbərlər 07.10.2024 16:06 2009

Ayaz Mirzəyev: "Azərbaycanın multikulturalizm modeli dünya üçün nümunədir”- FOTOLAR/ VİDEO

Bu gün Polşanın paytaxtı Varşavada ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı keçirilib. Hər il ənənəvi olaraq təşkil olunan bu zirvə, ATƏT-in ən vacib tədbirlərindən biri sayılır. Toplantıda 57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələri iştirak edərək, insan haqları, fundamental azadlıqlar və münaqişələr məsələlərini müzakirə edirlər.

QHT.az  xəbər verir ki, bu günkü iclasın əsas mövzusu "Fundamental azadlıqlar" olub. Xüsusilə din və inanc azadlığı barədə çıxışlar dinlənilib. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, tədbirin başlanğıcında Azərbaycanda dini azadlığın səviyyəsi ilə bağlı irəli sürülən qəribə iddialara diqqət çəkib. O, bu məsələnin izləniləcəyini bildirən bir nümayəndəyə öz çıxışında Azərbaycana dəvət göndərib.

QHT sədri qeyd edib ki, həmin nümayəndənin, ölkəyə gəlmədən faktları təhrif olunmuş şəkildə ifadə etməsi düzgün deyil. “100 dəfə yalan eşitməkdənsə, bir dəfə doğrunu görmək daha yaxşıdır,” – deyə o, vurğulayıb.

Çıxışında multikulturalizmin Azərbaycan üçün həyat norması olduğunu qeyd edən A. Mirzəyev, ölkədə yaşayan bütün xalqların və konfessiyaların nümayəndələrinin – yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin təmsilçilərinin – özlərini rahat hiss etdiklərini bildirib. O, bu etnik və dini müxtəlifliyin Azərbaycanın böyük sərvəti olduğunu ifadə edib: "Multikulturalism bizim həyat normamızdır. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri - yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin təmsilçiləri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və bu həqiqətən belədir. Və bu etnik və dini müxtəliflik bizim böyük sərvətimizdir".

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı