Xəbərlər 08.10.2024 21:30 1599

Dəmir barmaqlıqlar arxasında olan Pakistanın keçmiş baş naziri adam öldürməyə cəhddə ittiham olunur

Pakistan polisi həbsdə olan keçmiş baş nazir İmran Xanı həftə sonu tərəfdarlarının zorakı etirazları zamanı polis məmurunun ölümü ilə bağlı qətlə cəhddə ittiham edib. 

QHT.az xəbər verir ki, 2023-cü ildən dəmir barmaqlıqlar arxasında olan Xan insanları zorakılığa sövq etməkdə ittiham olunur. Polis deyir ki, tərəfdarlarını onun arxasınca toplaşmağa və həbsdən azad olunmasını tələb etməyə çağıran Xanın tərəfdarlarını qızışdıraraq, zabit Əbdül Həmidin öldürülməsinə səbəb olub. Həftə sonu ölkə paytaxtında tam mühasirəyə alındı, mobil rabitə kəsildi və on minlərlə Xan tərəfdarının mitinqinin qarşısını almaq üçün İslamabada gedən əsas yollar yük konteynerləri ilə bağlandı. Nümayişçilərin onlara daş atması nəticəsində onlarla polis əməkdaşı da yaralanıb.

Xan indiyədək 150-dən çox işdə iştirak edib və Pakistan qanunlarına əsasən eyni vaxtda üç il, 10 il, 14 il və yeddi il həbs də daxil olmaqla bir neçə iş üzrə məhkum edilib. Xanın hökmü sonradan apellyasiya şikayəti əsasında ləğv edilib, lakin ona qarşı davam edən digər işlərə görə azadlığa buraxıla bilmir.  

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı