Xəbərlər 09.10.2024 12:45 2574

"... Hemofiliya və Trombosit xəstəliklərinin müalicəsinə yeni yanaşmalar təqdim etdi" - Ayaz Hüseynov

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov, 04-06 oktyabr 2024-cü il tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilən tibbi elmi beynəlxalq konfransla bağlı məlumat verib. Konfrans, Avropanın 47 pasiyent təşkilatını birləşdirən Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə baş tutub.

QHT.az xəbər verir ki, Ayaz Hüseynov, Azərbaycanın bu konfransda təmsil olunduğunu bildirərək, Avropa Hemofiliya Konsorsiumunun yeganə və həqiqi üzvü olaraq iştirak etdiklərini vurğulayıb. O, konfransda müzakirə olunan vacib mövzuları qeyd edib: "Bu beynəlxalq tədbirdə Von Willebrand xəstəliyi və hemofiliyanın müasir müalicəsi, müxtəlif trombosit xəstəliklərinin müalicəsində yeni yanaşmalar və digər mühüm məsələlər müzakirə olunmuşdur."

Hüseynov, konfransın hemofiliya və trombosit xəstəlikləri ilə bağlı elmi və praktik yanaşmaları paylaşmaq, mütəxəssislərin fikirlərini bir araya gətirmək üçün əhəmiyyətli bir platforma olduğunu bildirib. Bu cür beynəlxalq tədbirlərin, hemofiliyalı xəstələrin müalicəsində yeni perspektivlər açacağını qeyd edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı