Xəbərlər 09.10.2024 15:21 1681

"Yerli və qlobal əmək bazarının tələbləri nəzərə alınmalıdır" - Ədalət Muradov / FOTOLAR

UNEC-in rektoru Ədalət Muradov, mütəxəssis hazırlığı prosesində yerli əmək bazarının tələbləri ilə yanaşı, qlobal əmək bazarının tələblərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Bu çərçivədə, Türkiyə Rəqabət Təşkilatının rəhbəri Birol Külen və nümayəndə heyəti ilə UNEC-də apardığı müzakirələrin faydalı olduğunu qeyd edib.

QHT.az xəbər verir ki, rektor əməkdaşlığa dair imzalanmış memorandum əsasında UNEC tələbə və müəllimlərinin Ankarada Rəqabət Təşkilatında rəqabət sahəsində təlimlərə cəlb ediləcəyini, birgə layihələrin reallaşdırılacağını və Rəqabət Təşkilatının mütəxəssislərinin UNEC-də tədris prosesinə cəlb ediləcəyini bildirib.

Eyni zamanda, Birol Külen Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) tələbələri və müəllimləri qarşısında çıxış edərək, onların suallarını cavablandırıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı