Dövlət orqanlarının qaynar xətləri: Monitorinq nəticələri açıqlandı
Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.
QHT.az xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının kommunikasiya xətləri ilə bağlı monitorinqin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məxsus qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavabsız zəng qeydə alınmayıb, başqa sözlə ifadə etsək, bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 5 dəqiqə 37 saniyə, günün ikinci yarısında 8 dəqiqə 20 saniyə təşkil edib. Nəticələrdən göründüyü kimi, günün ikinci yarısından fərqli olaraq, günün birinci yarısında zənglərə 2 dəqiqə 43 saniyə fərqlə daha tez cavab verilib.