Yeddi ölkə Ukraynanın NATO-ya dəvət olunmasının əleyhinədir
Bu ölkələrə, xüsusən də liderləri Kremlpərəstliyi ilə tanınan Macarıstan və Slovakiya daxildir.
QHT.az xəbər verir ki, bir sıra Avropa ölkələri, o cümlədən Macarıstan və Slovakiya, Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxırlar. Belçika, Sloveniya və İspaniya da bu mövqedədir, lakin ABŞ və Almaniyanın mövqeyinə arxalanırlar. ABŞ və Almaniya, Ukraynanın alyansa üzvlüyünü istisna etməsələr də, bu məsələnin müharibədən sonra müzakirə olunacağını bildirirlər. 2022-ci ilin sentyabrında Ukrayna NATO-ya üzvlük üçün ərizə təqdim edib, lakin bu məsələ hələlik qeyri-müəyyən qalır.
Pərvanə Fərhadqızı