“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi tamamlandı
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yerləşən 5 ümumtəhsil məktəbində 01.08.2024-cü il tarixində başlanmış “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsini 31.10.2024-cü il tarixində başa çatdırıb.
QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri, layihə rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, 01.08.2024-cü il tarixindən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə (Qrant müqaviləsi № KQ/A/109/2024 tarix 06.05.2024) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin icazəsi ilə (№ 3-29-59/2-3895/2024) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yerləşən 5 təhsil ocağında “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsi 31 oktyabr 2024-cü il tarixində başa çatdırılıb.
3 ay davam edən layihənin icra müddətində yeniyetmələrin intellektual inkişafında zehni oyunların roluna önəm verərək, bu məşğuliyyətin daha geniş təbliği məqsədilə K. Məmmədov adına 209 №-li, C. Cabbarlı adına 187 №-li, 255 №-li, 130 №-li, T. İsgəndərov adına 142 №-li tam orta məktəblərdə maarifləndirmə işini daha da gücləndirmək üçün təhsil ocaqlarında layihənin təqdimatları keçirilmiş, layihə barədə həmin məktəblərin İctimai Lövhələrində məlumat daşıyıcıları - posterlər yerləşdirilib, məktəblilərin meyl, maraq və həvəslərini müəyyən etmək məqsədilə 100 nəfər şagird - 50 nəfər qız və 50 nəfər oğlan arasında anket sorğusu aparılıbdır. 5 tam orta məktəbin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə seminar təşkil edilib, məktəblərdə yekun tədbirlər keçirilib və ümumi sayda 235 nəfər şagirdə iştirakçı sertifikatı, loqolu (papaq və qısaqol köynək) geyim dəstləri, hədiyyə çantaları, şahmat və domino dəstləri, məktəblərin hər birinə vimpel, fiziki tərbiyə müəllimlərinə diplomlar təqdim olunub. “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 366 nəfər iştirak edib.
KİV-də qht.az, .azpost.info, turkustan.az, cebheinfo.media qurumları “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsinin icrası ilə əlaqədar olaraq 11 tədbir barədə ətraflı məlumat və foto görüntülər əks etdirmişlər. Məktəblərin saytlarında da, həmçinin, “Oriqami” QHT-nin icra etdiyi layihə barədə və təşkil olunan tədbirlər haqqında məlumatlar və fotolar yerləşdirilib.
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsinin icrasının tam başa çatması ilə əlaqədar olaraq göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin Sabunçu rayonunda yerləşən 5 təhsil ocağında icra olunmasına icazə verdiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkürünü bildirir.
K. Məmmədov adına 209 №-li, C. Cabbarlı adına 187 №-li, 255 №-li, 130 №-li, T. İsgəndərov adına 142 №-li tam orta məktəblərdə tədris prosesinə mane olunmadan məktəblilərin davamlı inkişafı məqsədilə “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsinin icrası üçün yaradılmış normal şəraitə görə bir daha təşəkkür edirik.