Tələbələr üçün yuvenal ədliyyə və uşaqyönümlü yanaşma haqqında təlimlər keçirildi - FOTOLAR
Oktyabrın 30-31 tarixlərində Unicef Azerbaijan dəstəyi ilə Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda Ümidli Gələcək Sosial Təşəbbüslər İB BDU Hüquq Fakültəsinin rəsmi səhifəsi fakültənin tələbələri üçün “Yuvenal Ədliyyə, uşaqyönümlü yanaşma, hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimlər keçirilib. Təlim çərçivəsində tələbələr yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinin əsasları ilə tanış olmaq, həmçinin hüquq-mühafizə orqanlarının işində uşaq yanaşmasından istifadənin praktiki aspektlərini müzakirə etmək imkanı əldə ediblər. Təlimçilər tərəfindən uşaq hüquqlarının əsas prinsiplərinə, o cümlədən onların iştirak hüququ, müdafiəsi və ən yaxşı maraqlarına diqqət yetirilib.
QHT.az xəbər verir ki, təlim iştirakçıları real keysləri müzakirə etmək və ədliyyə sistemində uşaqlarla iş təcrübəsinin təkmilləşdirilməsi üçün tövsiyələrlə bölüşmək imkanı əldə etdikləri interaktiv sessiyalarda da iştirak ediblər.
Əminik ki, bu təlimlər tələbələrin biliklərini zənginləşdirməklə yanaşı, uşaq hüquqlarının qorunması, onların müdafiəsi istiqamətində fəaliyyət göstərəcək yeni hüquqşünas nəslinin formalaşmasına öz töhfəsini verib.
Həmçinin təlimin sonunda tələbələrə qanunla ziddiyyət olan yetkinlik yaşına çatmayanlara sosial-psixoloji reabilitasiya və hüquqi yardım göstərən yeganə Yuvenal Ədliyyə Mərkəzi-Center for Juvenile Offenders istehsalat və könüllülük təcrübəsi keçmək imkanı təklif olunmuşdur. Əminik ki, mərkəzin təcrübəsi onların tədris prosesinə əvəzsiz töhfə olacaqdır. Tələbələr nəzəri bilikləri praktikada tətbiq etməklə yanaşı, çətin həyat vəziyyətində olan yetkinlik yaşına çatmayanlarla işləmək üçün unikal təcrübə qazanacaqlar.
Yuvenal Ədliyyə Mərkəzində könüllülük təcrübəsi onlara ünsiyyət, anlama və dəstək bacarıqlarını inkişaf etdirməyə, həmçinin sosial və hüquqi yardım prosesləri haqqında biliklərini dərinləşdirməyə imkan verəcək. Həmçinin bu təcrübə tələbələri uşaq hüquqları və yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində gələcək işlərə ruhlandıracaqdır.
Biz bu cür təşəbbüsləri dəstəkləməyə davam edəcək və yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində mürəkkəb problemlərin həllinə hazır olan ixtisaslı mütəxəssislərin hazırlanması üçün ali təhsil ocaqları və UNİCEF ilə gələcəkdə əməkdaşlığı davam etdirməyə çalışacayıq.
Bu mühüm tədbirlərin təşkilində göstərdikləri dəstəyə və əməkdaşlığa görə UNICEF Azərbaycan nümayəndəliyinə və Bakı Dövlət Universitetinə təşəkkür edirik.