Qlobal iqlim mübarizəsində Azərbaycan QHT-lərinin yeni hədəfləri...
QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, COP29 QHT Koalisiyası 85 ölkədən olan vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirərək inklüzivliyi prioritet kimi qəbul edib. Hal-hazırda 110-u BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransında (COP) müşahidəçi statusunda olmaqla, ümumilikdə 380 təşkilat Koalisiyaya üzvdür. Görüşdə COP29-da iştirak məsələləri müzakirə edilib, QHT-lərə tədbirlər barədə məlumat verilib.
PACJA-nın təmsilçisi Filip Kionzo Azərbaycan Milli QHT Forumu ilə birgə keçiriləcək beynəlxalq tədbiri dəstəklədiyini bildirib və Azərbaycanın COP Atəşkəsi Çağırışına qoşulduğunu qeyd edib.