Xəbərlər 14.11.2024 15:29 177

COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir

COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir. Bunu nəzərə alaraq Milli QHT Forumu COP29-un keçirildiyi günlərdə qeyri-hökumət təşkilatları və xarici partnyorlarla birlikdə 50-yə yaxın tədbir icra edəcək.

 

QHT. az  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

 

Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin artıq dördüncü günü olduğunu diqqətə çatdıran Aygün Əliyeva əlavə edib ki, bu proseslərdə QHT-lər dövlətlərdən sonra iştirakçılığı təmin edən ikinci ən böyük təsisatlardır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı