Xəbərlər 14.11.2024 21:04 185

COP29-da "Yaşıl İslam maliyyəsi" mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR

2024-cü il noyabrın 14-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda  İqtisadi Resurslarının Öyrənilməsi Mərkəzi "Yaşıl İslam maliyyəsi" mövzusunda panel müzakirəsi keçirib. Müzakirə zamanı dünyada və Azərbaycanda "Yaşıl İslam Maliyyəsi" nin rolu, onun iqlim  dəyişikliklərinə təsiri və digər mövzular müzakirə olunub.

QHT.az xəbər verir ki, tədbirdə yerli və beynəlxalq ekspertlər Dubaydan Dubay Mərkəzi Bankının islam maliyyəsi üzrə ekspert Sohail Zubairi, BƏƏ-nin NDB bankının ətraf mühitin mühafizəsi qrupunun rəhbəri Vijay Bains, İngiltərədən Davamlı Maliyyə, Kapital Bazarları və Post Ticarət şöbəsinin rəhbəri Claire Dorrians, “Yaşıl İstiqrazların Təşəbbüsü” beynəlxalq qeyri hökümət təşkilatının idarə heyətinin sədri Sean Kidney, Bəhreyndən İslam Maliyyəsi Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatının təlim mərkəzinin rəhbəri Mughees Shaukat və Azərbaycandan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev panel müzakirələrində iştirak ediblər. Panelin sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı