Xəbərlər 26.11.2024 12:17 145

Şəhidimiz mayor Asəf Maşıyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Asəf Maşıyev 1982-ci il noyabrın 26-da Samux rayonunun Füzuli kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və 30 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Asəf Maşıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı