Xəbərlər 28.11.2024 16:44 223

"Infosessiya layihələrimizin cəmiyyət üçün əhəmiyyətini artıracaq" – Gülayə Səfərova

Noyabrın 26-da Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya təşkil edilib. Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva iştirak edib.

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az-a özəl açıqlamasında görüşün yüksək səmərəli keçdiyini vurğulayıb:

"Tural Əliyev çıxışında COP29-da QHT-lərin nümayiş etdirdikləri fəallığa görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və öz adından təşəkkürlərini çatdırdı. Aygün xanım Əliyeva isə layihə təklifləri ilə bağlı tələbləri ətraflı izah etdi və QHT nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı. Bu səmimi müzakirələr təqdim olunacaq layihələrin cəmiyyət üçün daha faydalı olmasına müsbət təsir edəcək".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı