Xəbərlər 03.12.2024 18:27 146

Türkiyə Ali Məhkəməsinin sədri Beynəlxalq Qurultay iştirakçıları üçün ziyafət təşkil edib - FOTOLAR

Türkiyə Ali Məhkəməsinin sədri tərəfindən Beynəlxalq Qurultay iştirakçıları üçün ziyafət təşkil edilib.

QHT.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin inzibati binasında yerləşən qonaq salonunda Türk Dünyası Arabulucular Birliyinin Beynəlxalq Qurultayında iştirak edən mediatorlar üçün ziyafət təşkil edilib. Ziyafətdə Azərbaycanı təmsil edən 85 mediatorla yanaşı Türkiyə Cümhuriyyəti də daxil olmaqla, 10 ölkədən mediatorlar iştirak edib.

Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Ömər Kerkez çıxış edərək Qurultayın işini yüksək qiymətləndirib və qonaqları Ali Məhkəmədə qəbul etməkdən məmnun olduğunu bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı