Xəbərlər 04.12.2024 08:45 150

BMT-nin Azərbaycandakı nümayəndəliyi inklüziv iqlim fəaliyyətlərinə dəstək tədbiri keçirib - FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əlil Təşkilatları İttifaqı tərəfindən IDPD2024 çərçivəsində inklüziv iqlim fəaliyyətlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə əlilliyi olan şəxslərin inklüzivliyinin yalnız bir prioritet deyil, həm də dayanıqlılığın əsas elementi olduğu vurğulanıb. Müzakirələrdə inklüziv iqlim fəaliyyətlərinin insanların həyatını necə dəyişə biləcəyi mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində ƏSA Teatrının təsirli çıxışı iştirakçılara xüsusi təəssürat bağışlayıb və inklüzivliyin əhəmiyyətini daha da gücləndirib.  Müzakirələrin əsas mesajı, heç kimin diqqətdən kənarda qalmadığı və hər bir fərdin iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiyi bir gələcəyin qurulması idi.

 

Pərvanə Fərhadqızı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı