Xəbərlər 05.12.2024 08:30 148

Mədəniyyət xidmətlərinə vergi güzəştləri və “ƏDV Cashback”/ Deputatdan açıqlama

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramovun açıqlamasına görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər mədəniyyət sektoruna ciddi dəstək təmin edəcək. Gələn ildən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən isə 90 faiz azadolma tətbiq olunacaq. Bu dəyişikliklər sərmayələrin artırılmasını və xidmətlərin qiymətlərinin aşağı düşməsini stimullaşdıracaq.

Yeni qaydalara əsasən, güzəşt verilən subyektlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüserləri də əlavə edilir. Ən önəmli yeniliklərdən biri, mədəniyyət xidmətlərinə görə nağdsız ödəniş zamanı ƏDV-nin 50 faizinin geri qaytarılmasıdır (“ƏDV Cashback”). Bu qayda teatr tamaşaları, film nümayişləri və muzey ziyarətlərini əhatə edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı