Xəbərlər 05.12.2024 08:38 131

Azərbaycan Texniki Universitetində ilin iqtisadi yekunlarına həsr olunmuş brifinq keçiriləcək

Bu gün saat 14:00-da Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi növbəti brifinqini təşkil edəcək.

QHT.az xəbər verir ki, tədbir universitetin əsas korpusunda, 211-ci otaqda baş tutacaq. Bu dəfəki brifinq ölkənin cari ilin iqtisadi yekunlarına həsr olunub. Brifinqdə il ərzində iqtisadi sahədə baş verən hadisələr, əldə edilən nailiyyətlər və qarşıda duran perspektivlər müzakirə olunacaq.

Media nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunurlar. 

Əlavə məlumat üçün Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi ilə əlaqə saxlaya bilərlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı