Xəbərlər 05.12.2024 09:05 139

BMT-dən çağırış: Qadın və qızlara qarşı zorakılığa son!

Narıncın müxtəlif çalarlarını özündə əks etdirən tədbirdə, BMT-nin Azərbaycandakı nümayəndəliyi qadın və qızlara qarşı zorakılığı aradan qaldırmaq məqsədilə bir araya gəlib. Tədbir çərçivəsində "Gender bərabərliyi" mövzusu vurğulanaraq, bu istiqamətdə davamlı əməkdaşlıq və dəstək mesajı verilib.

QHT.az xəbər verir ki, BMT-nin Bakıdakı nümayəndəliyi bu təşəbbüsün bir hissəsi kimi qadın hüquqlarının müdafiəsi və zorakılığın qarşısının alınması sahəsində görülən işləri gücləndirmək məqsədilə "16 Günlük Fəallıq" kampaniyasına qoşulub. Narıncı rəngin rəmzi olaraq seçildiyi bu kampaniya, zorakılığa qarşı birgə mübarizə və həmrəylik rəmzi kimi qəbul edilir.

Tədbirdə iştirak edən BMT nümayəndələri, qadın və qızların təhlükəsiz mühitdə yaşamasını təmin etmək üçün birgə səylərin davam etdiriləcəyini bəyan ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı