Xəbərlər 05.12.2024 13:07 164

Tural Əliyev: İki ölkənin QHT-ləri arasında bağların möhkəmləndirilməsi dövrün mühüm çağırışıdır

Artıq əminliklə deyə bilərik ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir. 
Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır." - Bu fikirləri b
u gün  Daşkənddə Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev çıxışında bildirib.

Tural Əliyev qeyd edib ki, biz burada özümüzü Azərbaycanda - öz evimizdəki kimi hiss edirik - doğma insanlar, doğma simalar, gülər üzlər bizi əhatə edir:

"Bu gün əslində, burada ötən il təməli atılan bir körpünün təntənəli açılışıdır. 2023-cü ilin sonunda – Qarabağda – Füzulidə - özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan, Özbəkistan dövlətinin Azərbaycan xalqına hədiyyəsi olan gözəl təhsil sarayında ilk dəfə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu keçirildi. Bu gün biz körpünün digər sahilindəyik. Burada belə də yazılıb: Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu. 


Artıq əminliklə deyə bilərik ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir. 
Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. 


Özbəkistanda ilk dəfə qeyd olunan “Vətəndaş cəmiyyəti həftəsi”ndə belə bir forumun keçirilməsi tarixi hadisədir. 
Biz forumdan öncə - 2 il əvvəl Daşkənddə açılmış Heydər Əliyev Meydanını ziyarət etdik. Bu möhtəşəm kompleks qədirbilən özbək xalqının, Özbəkistan dövlətinin türk dünyasının böyük şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə dərin ehtiramının aydın təzahürüdür.
Azərbaycan və Özbəkistan birliyi tarixin sınaqlarından çıxıb, bu birlik heç vaxt sarsılmayıb, əksinə, daha da mətinləşib. Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxladığı dövrdə Özbəkistan daim Azərbaycanın haqq səsini müdafiə etdi. Biz bunu unutmuruq və çox yüksək qiymətləndiririk. Vətən müharibəsində qardaş Özbəkistanın Azərbaycana verdiyi mənəvi dəstək böyük məna və əhəmiyyət daşıyır.  


Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu şanlı estafet və tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. İki ölkə liderlərinin artan qarşılıqlı səfərləri münasibətlərə yeni istiqamətlər verir. 
Bir neçə həftə bundan əvvəl Xankəndində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin açılışı oldu. Qardaş Özbəkistan burada da ilk təşəbbüsü ələ aldı, Füzulidə tikilən məktəb də xarici dövlətin Qarabağdakı bərpa və quruculuğa ilk yardımı idi. 


Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər. 
Biz Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qətiyyətli siyasəti nəticəsində Özbəkistanın böyük uğurlara imza atmasına ürəkdən sevinir, bundan fərəh hissi keçiririk. "


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı