Xəbərlər 08.12.2024 16:54 279

Ailə məsələləri ilə bağlı qurumların QHT-lərlə əməkdaşlığı ümumiyyərtlə zəifləyib - QHT sədri

Məişət zorakılığı haqqında qanun 2010-cu ildə qəbul edilib, kifayət qədər zaman keçib, amma hələ dəyişiklik, təkmilləşdirmə yoxdur. Təkliflər toplayırlar, onu da təsdiq etdirməkdə çətinlik çəkirlər. Aidiyyatı qurumların fəaliyyətini izlədikdə aydın görmək olur ki, media və QHT ilə əməkdaşlıq son zamanlar ümumiyyərtlə zəifləyib.

 Bu fikirləri Xalq qəzetinə müsahibəsində Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnura Abuşova bildirib:

"Bəzi dövlət qurumları qadın QHT sədrləri ilə əməkdaşlıqdan uzaqdırlar. Hansısa bir məsələdə yalnız məktub göndərərək cavab alırsan. Göndərilən məktubun davamı, müdafiəsi, hadisələrdə iştirak yoxdur. Başa düşürük ki onlar əsasən qanunvericilik siyasətinin müəyyən edilməsinə cavabdehdilər, amma bu istiqamətdə QHT ilə birgə iş görmək və onların fəaliyyətinə dəstək verərək bərabər çalışmaq cəhdləri də görünmür.

Ailə dəyərləri xalqımız üçün müqəddəsdir. Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən nikahların və boşanma hallarının azalması istiqamətində ciddi tədbirlər görülməlidir. Bu mənada əlaqədar qurumların üzərinə böyük iş düşür. Onlar fəaliyyətlərini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla bu məsələlərin müsbət həllinə nail ola bilərlər."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı