Xəbərlər 09.12.2024 16:25 188

Azərbaycanda hemofiliya xəstəliyinə dövlət dəstəyi: Ayaz Hüseynovdan açıqlamalar/ VİDEO

CBC Sport kanalında yayımlanan "Ay Həkim" verlişinə qatılan Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Azərbaycanda hemofiliya xəstəliyinin vəziyyəti və müalicə üsulları haqqında ətraflı məlumat verib.

QHT.az xəbər verir ki, Ayaz Hüseynovun sözlərinə görə, ölkədə 1700-dən çox hemofiliyalı pasiyent var, bunlardan 500-dən çoxu ağır formalıdır, qalanları isə orta və yüngül formalarda xəstələnmişdir. Müalicə metodlarının müxtəlif olduğunu qeyd edən A.Hüseynov, xəstəliyin müalicəsində dövlətin dəstəyinin vacib rol oynadığını vurğulayıb. O, həmçinin bildirib ki, hemofiliya və digər qan laxtalanma pozğunluqlarının diaqnostikası ilə bağlı 70-ə yaxın fərqli pozğunluq mövcuddur və bu sahədə dövlət qurumları ilə sıx əməkdaşlıq edirlər.

Ayaz Hüseynov, 2005-ci ildə Hemofiliya Assosiasiyasının iştirakı ilə hazırlanan dövlət proqramının 2006-cı ildən etibarən tətbiq olunduğunu və o vaxtdan etibarən bahalı dərman preparatlarının, dövlət hesabına təmənnasız olaraq, Azərbaycanda pasiyentlərə çatdırıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu dərmanlar çox bahalıdır və bütün dünyada belədir, lakin dövlətin bu sahədəki dəstəyi hemofiliya xəstəliyi ilə mübarizədə mühüm dönüş nöqtəsi yaradıb.

QHT sədri həmçinin, dövlətin bu xəstəliklə bağlı qayğısının davamlı olaraq vacib olduğunu və hemofiliya ilə mübarizədə önəmli addımların atıldığını vurğulayıb.

Daha ətraflı videoda:

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı