Braziliya prezidenti xəstəxanadan buraxılıb
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva xəstəxanadan evə buraxılıb.
QHT.az xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva baş qanaxması səbəbilə keçirdiyi iki əməliyyatdan sonra Sao Paulo xəstəxanasından buraxılıb. 79 yaşlı lider mətbuat konfransında şən əhval-ruhiyyədə olduğunu bildirib və tezliklə işə qayıtmağı səbirsizliklə gözlədiyini vurğulayıb.
Həkimlər ona uzun məsafəli uçuşlardan çəkinməyi və bir ay ərzində məşq etməməyi tövsiyə ediblər. Lula sağalmasını Sao Paulodakı evində davam etdirəcək və gələn cümə axşamı KT müayinəsindən keçəcək. Prezident həmçinin keçmiş müdafiə naziri Valter Braqa Nettonun çevriliş cəhdi və ona sui-qəsddə ittiham olunaraq həbs edilməsini “qəbuledilməz” adlandırıb.
R.İmanov