"Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb - FOTOLAR
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçiriən “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
QHT.az xəbər verir ki, ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından müsabiqəyə 90-a yaxın məqalə daxil olub. Məqalələr toplusu e-kitab formatında hazırlanaraq, UNEC-in elektron resurslarında yerləşdiriləcək.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətini, doktorant, magistr və tələbələri Qarabağın iqtisadi quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasına təşviq etməkdən ibarət olub.