Xəbərlər 29.12.2024 13:00 337

Sahib Məmmədov: "İnsan hüquqları sahəsində fəaliyyətimizi davam etdirəcəyik"

Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a verdiyi özəl açıqlamada təşkilatın 2024-cü il üçün fəaliyyət planları barədə məlumat verib. O, maliyyə məhdudiyyətləri səbəbindən təşkilatın planlarının geniş olmadığını vurğulayıb.

"Biz BMT-nin insan hüquqları ilə bağlı müqavilə və nizamnamə orqanları ilə uzun illərdir əməkdaşlıq edirik və bu əlaqələri davam etdirmək niyyətindəyik. Maliyyə dəstəyi təmin olunarsa, bu istiqamətdə hesabatlar hazırlayıb təqdim edəcəyik. Lakin dəstək olmasa belə, resurslarımızın məhdudluğuna baxmayaraq, insan hüquqları sahəsində işlərimizi davam etdirəcəyik," – deyə Sahib Məmmədov bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı