Xəbərlər 30.12.2024 17:06 452

Bu ay özünüməşğulluq proqramı üzrə 4400-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

 

Bu ay ərzində paytaxt və regionlarda 4400-ə yaxın işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub.

 

Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

 

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. 

 

Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı