ABŞ-da qar fırtınası nəticəsində ən azı dörd nəfər ölüb
ABŞ-ın üç ştatında ölkənin böyük hissəsini bürüyən qar fırtınası nəticəsində ən azı dörd nəfər ölüb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Kanzas ştatında yolsuzluq avtomobilinin pis hava şəraiti səbəbindən sürüşərək şossedən uçması nəticəsində baş verən qəzada iki nəfər ölüb; Missuridə bir kommunal işçi qar təmizləyərkən ölümcül yaralanıb; Texasda hipotermiyadan ölən kişinin cəsədi avtobus dayanacağı yaxınlığında tapılıb.
ABŞ-da 2,2 mindən çox reys ləğv edilib.
R.İmanov