Xəbərlər 17.01.2025 12:05 369

İbrahim Əhmədov: “İnsan alverinə qarşı maarifləndirmədə sosial platformaların rolu artırılmalıdır”

QHT.az xəbər verir ki, "İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov geniş fikir mübadiləsi aparıb.

Çıxışında İbrahim Əhmədov insan alverinə qarşı mübarizədə maarifləndirmənin və sosial platformaların düzgün istifadəsinin vacibliyini vurğulayıb:

“Regionların kənd yerlərində belə insan alveri ilə bağlı məlumatlılıq azdır. Sosial platformalardan daha çox istifadə etməliyik. İnsan alveri ilə bağlı qısametrajlı filmlər çəkilir, lakin onların cəmiyyətə təbliği yetərli deyil. Bu filmləri paylaşaraq maarifləndirməni genişləndirmək mümkündür.”

İ.Əhmədov, həmçinin məktəblərdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin və maarifləndirmə tədbirlərinin əvəzsiz rolunu xüsusi vurğulayıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı