Xəbərlər 17.01.2025 15:33 279

Minimum əməkhaqqının artırılması haqqında Professordan AÇIQLAMA

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov minimum əməkhaqqının artırılmasının iş yerlərinin azalmasına səbəb olacağı ilə bağlı olan yanaşmaları şərh edib. QHT.az-a açıqlamasında professor bu yanaşmaların real sosial və iqtisadi mühitə böyük təsir etməyəcəyini bildirib.

Elşad Məmmədov qeyd edib ki, işəgötürənlər bir ştatın bir neçə yerə bölünməsi ilə işçilərinin sayını artırmaq istəyirlərsə, bu zaman əmək haqlarının artırılması sosial və iqtisadi mühitə əhəmiyyətli təsirlər etməyəcək. Məmmədovun fikrincə, belə bir vəziyyət daha çox özünü aldatmaya bənzəyir. Məsələn, minimum əməkhaqqının 100 manat artması nəticəsində, işçi qüvvəsi və işəgötürənə təsirlərinin cüzi olacağını vurğulayıb.

"Bununla yanaşı, süni şəkildə ştatların bölünməsi hesabına yaranan iş yerlərinin qapanması, onların əvəzinə yüksək məhsuldarlığı olan iş yerlərinin açılmasını məqsədəuyğun hesab edirəm. İşçi qüvvəsinin əmək bazarında daha effektiv iştirakının təmin edilməsi vacibdir. Minimum əməkhaqqının artırılmasının iş yerlərinin keyfiyyətinə müsbət təsir edəcəyinə inanıram və sosial-iqtisadi gündəmdə daha effektli və məhsuldar iş yerlərinin yaranması vacibdir".

 

Pərvanə Fərhadqızı  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı