Xəbərlər 22.01.2025 00:33 168

Təşkilatlar arasında əməkdaşlıq Memorandumu imzalanıb - FOTOLAR

Deflimpiya Komitəsi və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardim” Ictimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

QHT.az xəbər verir ki, imzalanma mərasimindən öncə dəirmi masada hər iki qurumun rəsmilərinin görüşü təşkil edildi. Görüşdə komitənin baş katibi Namiq Novruzov, baş idman mütəxəssisi Asxab Kalayev, Jest dili üzrə mütəxəssiz Heydər Rəhimli və Deflimpiya komitəsinin idarə heyyətində üzv olan “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingiz və eşitmə məhdudiyyətli Prezident mükafatçısı Nərgiz Abdulova iştirak edərək qarşıda duran ptioritet məsələlər, görülmüş və görüləcək işlər haqqında müzakirə apardılar.

Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin hayata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı