Xəbərlər 22.01.2025 11:20 167

Təhsil müəssisələrində psixoloji xidmətin təşkilində hansı addımlar atılır? Nazirlikdən açıqlama

Qeyd olunduğu kimi, təhsil müəssisələrində psixoloji xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”na əsasən təşkil olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən QHT.az-a verilən məlumata görə, psixoloji xidmət vasitəsilə valideynlər və ya digər qanuni nümayəndələrin, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsi və onlara psixoloji dəstəyin göstərilməsi, onların proqressiv psixi inkişafı, meyil, maraq və potensialının reallaşdırılması, habelə mümkün psixi pozuntuların profilaktikası təmin edilir. Bundan əlavə, ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir.

Eyni zamanda, “Məktəblinin dostu” layihəsi çərçivəsində də təhsialanlara psixoloji dəstək göstərilir.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı