İndoneziya Google-a 12,37 milyon dollar cərimə ödəməyi əmr etdi
İndoneziyanın antiinhisar agentliyi Google texnologiya korporasiyasına ödəniş sistemi xidmətləri tətbiq etdiyinə görə 12,37 milyon dollar cərimə ödəməyi əmr edib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, korporasiya İndoneziya proqram tərtibatçılarını 30%-ə qədər komissiya tutaraq Google Pay Billing ödəniş sistemindən istifadə etməyə məcbur edib. İmtina edildiyi təqdirdə korporasiya tətbiqləri Google Play Store-dan silib. Antiinhisar araşdırması 2022-ci ildən davam edir.
R.İmanov