Xəbərlər 22.01.2025 14:00 145

2025-ci ilin THE reytinqində Azərbaycanın hansı universiteti lider mövqeyindədir?

2025-ci il üçün “Times Higher Education” (THE) reytinq təşkilatının açıqladığı ixtisaslar üzrə dünya ali təhsil müəssisələrinin reytinqində Azərbaycanda lider mövqeyini qoruyan universitetlərdən biri diqqət mərkəzindədir. QHT.az xəbər verir ki, Bu ilki reytinq nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələri beynəlxalq səviyyədə yüksəlməyə davam edir və ölkəmiz bu sahədə güclü mövqeyini qoruyur.

BDU “THE 2025”in ixtisaslar üzrə reytinqində ölkə liderliyini qoruyur. Belə ki, “Times Higher Education” (THE) reytinq təşkilatı 2025-ci il üçün dünyanın ən nüfuzlu ali təhsil müssəsisələrinin ixtisaslar üzrə reytinq siyahısını açıqlayıb. Reytinq nəticələrinə əsasən, Bakı Dövlət Universiteti (BDU) yer aldığı kateqoriyaların sayına və mövqeyinə görə Azərbaycanda lider mövqeyini qorumaqda davam edir. BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001+ mövqeyində yer alaraq, Azərbaycanda bu kateqoriya üzrə reytinqə daxil olan yeganə ali təhsil müəssisəsi olub. Həmçinin, mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001-1250-ci mövqedə qərarlaşaraq, bu kateqoriya üzrə reytinqdə ölkədə lider mövqeyini möhkəmləndirib.

Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri əvvəlki illə müqayisədə fiziki elmlər sahəsində 10%, mühəndislik elmləri sahəsində isə 14% artıb. Məlumat üçün qeyd edək ki, nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək və universitetlərin reytinqinin yüksəldilməsi üçün tövsiyələr verməkdir. Universitetlərin reytinq nəticələri tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, istinad indeksi, beynəlxalq reputasiya, sənaye gəlirləri və digər meyarlar əsasında müəyyən edilir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı