Xəbərlər 23.01.2025 07:28 195

Mediasiya Şurasının İntizam Komissiyasının iclası keçirilib

22 yanvar 2025-ci ildə keçirilən iclasda İntizam Komissiyasının sədri Mayıl Bayramovun rəhbərliyi ilə keçirilən iclasda İntizam Komissiyasının üzvləri Orxan Mahmudov, Venera Əsgərova, Esmira Rzayeva və komissiyanın Naxçıvan MR-dan üzvü Yusif Həsənov (ZOOM vasitəsi ilə) iştirak ediblər.

QHT.az xəbər verir ki, Komissiyanın 2025-ci il üçün fəaliyyət planı müzakirə edilib və görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda fəaliyyətin daha effektiv təşkili üçün təkliflər irəli sürülüb.

Qeyd edək ki, Mediasiya Şurasının İntizam Komissiyası, üzərinə düşən məsuliyyətləri yerinə yetirərək mübahisələrin həllində peşəkarlığı artırmağı və vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyi hədəfləyir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı