Xəbərlər 23.01.2025 16:25 118

UNEC nümayəndə heyəti Özbəkistanın Bank-Maliyyə Akademiyasında olub - FOTOLAR

UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Bank-Maliyyə Akademiyasında (BMA) olub.

QHT.az xəbər verir ki, görüş zamanı BMA-nın rektoru professor Elmurod Hoshimov ilə ali təhsilin üzləşdiyi qlobal çağırışlar, klassik universitet modelinin gələcək perspektivləri və təhsilin rəqəmsallaşmasının yaratdığı imkanlar ətrafında maraqlı müzakirələr aparılıb. Həmçinin UNEC və BMA arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradov BMA-nın Xatirə Kitabına öz ürək sözlərini yazıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı