Xəbərlər 24.01.2025 14:11 500

8 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 12 -si ləğv edilib, 2 qrant müqaviləsi ...

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarında ötən il vətəndaş müraciətlərinə baxılması və qəbulu işinə daim nəzarət olunub, vətəndaş müraciətləri 2023-cü illə müqayisədə 17 faiz (132 müraciət) artaraq 884 müraciətə çatıb. Nazirlikdə və rayonlarda keçirilən qəbullarda ümumilikdə, 186 vətəndaşın şifahi müraciəti dinlənilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ildə 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb, 12 qeyri-kommersiya hüquqi şəxs ləğv edilib, 57 ianə və 2 qrant müqaviləsi qeydə alınıb. Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və sənədlərin leqallaşdırılması ilə bağlı ötən hesabat dövrü ilə müqayisədə 44 faiz azalmaqla 10 min 760 manat rüsum dövlət büdcəsinə ödənilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı