Azərbaycan və İsrail arasında hava əlaqələrinin gücləndirilməsi üzrə yeni əməkdaşlıq
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) ilə İsrailin aparıcı aviaşirkəti "El Al" arasında yeni tərəfdaşlıq elan edilib. Bu əməkdaşlıq, hər iki aviaşirkətin müştərilərinə geniş imkanlar təqdim edir.
QHT.az xəbər verir ki, Kod-şer razılaşması əsasında, AZAL və "El Al" müştəriləri hər iki aviaşirkətin reyslərindən faydalana biləcəklər. "El Al"ın LY kodu artıq AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə reallaşacaq tranzit reyslərə də əlavə olunacaq. Bu əməkdaşlıq, müştərilərə daha çox uçuş seçimi və rahatlıq imkanı təqdim edir. Əlavə olaraq, "Matmid" loyallıq proqramının üzvləri, Bakıya uçuşlarda mil qazanmaq imkanına sahib olacaqlar. Biletləri hər iki aviaşirkətin rəsmi saytlarından və ya tur-agentliklərdən əldə etmək mümkündür.
Pərvanə Fərhadqızı